MOLOTOV KOKTEYLİ

1917-ci ildə Rusiyada bolşevik inqilabında yaxından iştirak edənlərdən biri Vyaçeslav Molotov idi. O sonralar sovet diktatoru İosif Stalinin yaxın silahdaşlarından birinə çevrildi.

1939-cu ildə nasist Almaniyası açıq-aşkar müharibəyə hazırlaşır və təcavüzkar siyasət yürüdürdü. Stalin ölkəsini sığortalayıb təhlükəsizliyini təmin etmək üçün nasistlərlə sülh sazişi imzalamaq məqsədilə danışıqlara başladı. Danışıqları o zaman SSRİ-nin xarici işlər naziri  təyin edilən Molotov aparırdı. O, nasistlərlə sülh müqaviləsi haqda danışıqları müvəffəqiyyətlə başa çatdırdı. Ancaq bağlanan müqaviləyə baxmayaraq, Stalin Hitlerə etibar etmirdi. SSRİ Finlandiyada da mövqelərini möhkəmləndirmək istəyirdi, amma finlər 1939–40-cı illərin qışında baş verən qısamüddətli müharibə zamanı buna ciddi müqavimət göstərdilər.

Finlər içinə ağ neft doldurulmuş şərab şüşəsindən ibarət əldəqayırma silah icad etmişdilər. Qapağın üzərindəki dəlikdən keçirilmiş bikford fitili vasitəsilə həmin maddə alışdırılırdı. Şüşə tanka dəyəndə sınır, yanan ağ neft isə zirehin üzərinə dağılırdı. Bu silaha SSRİ xarici işlər naziri Molotova kinayəli salam atəşi olaraq Molotov kokteyli adı verildı.

Molotov Stalinin ölümündən üç il sonra, 1956-cı ildə tutduğu yüksək vəzifəni itirməsinə baxmayaraq, “Molotov kokteyli” ifadəsi bütün dünyada geniş yayıldı. (Ayzek Azimov. Sözlərin tarixi)

 

MOLLA
MOLTANIDİLİ
OBASTAN VİKİ
Molotov kokteyli
Molotov kokteyli (ing. Molotov cocktail) — kustar üsullarla hazırlanması mümkün olan partlayıcı yanar şüşə butulka. Partlayıcı ilk dəfə 1936-1939-cu illərdə İspaniyadakı vətəndaş müharibəsində frankoçular tərəfindən istifadə olunmuşdur. Bu partlayıcıya SSRİ xarici işlər naziri Vyaçeslav Molotovun adını finlər qoyublar. 1939-1940-cı illərdə Finlandiyaya qarşı müharibəyə başlayan SSRİ-nin paytaxt Helsinkini havadan bombalaması, onun beynəlxalq ictimaiyyətin tənqidlərinə məruz qalmasına səbəb olur. Tənqidlərə cavab olaraq SSRİ xarici işlər naziri Molotov rəsmi bəyanat verir ki, "Sovet hərbi təyyarələri Finlandiyanın paytaxtına bomba deyil, aclıqdan əziyyət çəkən əhali üçün humanitar yardım paketləri atırlar". Fin ordusunun rəhbərliyi bəyanatı kinayə ilə qarşılayır və göstəriş verir ki, ölkəyə soxulan sovet tankları "humanitar" yolla – Molotov kokteylləri ilə qarşılansın. Beləliklə, arsenalı zəif olan Finlandiyanın SSRİ-yə qarşı əsas silahlarından biri yanar şüşə butulkalar – Molotov kokteylləri oldu.
Çiqrinski kokteyli
Çiqrinski kokteyli - Dmitri Çiqrinskinin şərəfini hazırlanan içki == Tarixi == 2009-cu ildə Ukraynada “Boadas” restoranında düzəldilən yeni növ kokteyl məhz Şaxtyor Donetsk klubundan İspaniyanın Barselona komandasına keçməklə daha da məşhurlaşan ukraynalı futbolçunun adını daşıyır. Restoranda barmen çalışan Jeronimo Vakero bu ideyanın müxbirlərə aid olduğunu etiraf edib: “Bir tanış reportyor zəng vuraraq Çiqrinskinin şərəfinə nə isə düzəltməyi xahiş etdi. Arağın yarısı, limon şirəsinin 1/4 hissəsi, eyni qədər pivə, həmçinin xiyar və albalı parçalarından ibarət içkini mütləq qurtum-qurtum içmək lazımdır. Günün ikinci yarısı üçün əla effekt verən “Çiqrinski” kokteyli təravətləndirici xüsusiyyətə malikdir. Özü də cəmi 7,5 avroyadır”.
Molotov rayonu
Qaradağ — Bakının rayonlarından biri. == Tarixi == Qaradağ rayonu inzibati ərazi vahidi kimi Puta-Şubanı mədəninin kəşfi ilə əlaqədar yaradılmışdır. 1923-cü il mayın 7-də Puta qəsəbəsindəki klubda ilk partiya konfransı keçirilmiş və rayonun əsası qoyulmuşdur. Rayon 1937-ci ilədək Mikoyan rayonu, 1956-cı ilədək Molotov rayonu, 1956–1963-cü illərdə Qaradağ rayonu, 1963–1966-cı illərdə Əzizbəyov rayonu, 1966-cı ildən isə yenidən Qaradağ rayonu adlandırılmışdır. Rayonun adı Zaqafqaziyada ilk dəmiryol stansiyalarından olan Qaradağ stansiyasının adı ilə bağlıdır. == İnzibati vahidləri == Hazırda Qaradağ rayonunun inzibati ərazi vahidliyinə 11 qəsəbə daxildir. Qaradağ rayonunun mərkəzi şəhərtipli Lökbatan qəsəbəsidir. Lökbatan adının tarixi hazırkı Xocəsən və Səngəçal qəsəbələri arasında olan karvan yolu ilə bağlıdır. Vaxtı ilə qəsəbənin ərazisində dəvə karvanlarının dayanacaqları olmuş və dəvələr bataqlıqlara batdıqlarından ərazi Lökbatan (dəvə batan) adlandırılmışdır. Lökbatan qəsəbəsinin əsası 1931–1934-cü illərdə ərazidə 45 saylı neft quyusunun fontanı (18 may 1933-cü il) ilə əlaqədar qoyulub.
Vyaçeslav Molotov
Vyaçeslav Mixayloviç Molotov (əsl soyadı Skryabin; 25 fevral (9 mart) 1890-cı il, Kukarka, Vyatsk quberniyası, Rusiya imperiyası – 8 noyabr 1986-cı il, Moskva) — SSRİ dövlət və siyasi xadimi. SSRİ Xalq Komissarları Sovetinin Sədri (1930 – 1941-ci illər), 1939—1949 və 1953—1956-cı illərdə xarici işlər xalq komissarı (sonradan naziri). SSRİ Elmlər Akademiyasının fəxri üzvü (29.11.1946, 26.03.1959-cu il tarixində ləğv edilib). Sosialist Əməyi Qəhrəmanı (1943). 1906-cı ildən Kommunist(bolşeviklər) partiyasının üzvü (1962-ci ildə xaric edilib, 1984-cü ildə bərpa edilib), partiya Mərkəzi Komitəsinin üzvü (1921—1957, 1920-ci ildə üzvlüyə namizəd), MK Siyasi Büro üzvü (Rəyasət Heyəti) 01.01.1926-dən 29.06.1957-ci ilədək (üzvlüyə namizəd 16.03.1921). I-IV çağırış SSRİ Ali Sovetinin deputatı (1937—1958). == Həmçinin bax == Molotov kokteyli == Mənbə == Запись беседы Народного комиссара иностранных дел СССР В. М. Молотова с послом Японии в СССР С. Того на сайте "Руниверс" Биографии Молотова на сайте "Хронос" Ф. Чуев. Сто сорок бесед с Вячеславом Молотовым Жорес Медведев Соломон Лозовский, Полина Жемчужина и Вячеслав Молотов // Сталин и еврейская проблема.
Molotov-Ribbentrop paktı
Molotov-Ribbentrop paktı və ya rəsmi adı ilə Almaniya və Sovet Sosialist Respublikaları İttifaqı arasında hücum etməmə müqaviləsi — Nasist Almaniyası ilə Sovet İttifaqı arasında neytrallıq barədə imzalanmış paktdır. Müqavilə 23 avqust 1939-cu ildə xarici işlər nazirləri İoahim fon Ribbentrop və Vyaçeslav Molotov arasında Moskva şəhərində imzalanmışdır.Paktın maddələrinə əsasən hər partiya digərinə sülh zəmanəti verirdi və heç bir hökumətin öz müttəfiqi olsa belə, digər hökumətin düşməninə yardım etməyəcəyini elan edirdi. İctimai olaraq hücum etməmə haqda razılığa gəlindiyi elan edilsə də, gizli protokol əsasında Polşa, Litva, Latviya, Estoniya və Finlandiyanın daxil olduğu ərazilər Sovet İttifaqı və Almaniya arasında nüfuz dairələrinə bölünürdü. Gizli protokolda Litvanin Vilnoya olan maraqları da tanınırdı, əlavə olaraq, Almaniya Bessarabiyaya marağının olmamasını elan edirdi. Gizli protokol Nürnberq proseslərində ictimai olaraq meydana çıxana qədər sadəcə şayiə olaraq qaldı.Bundan sonra Almaniya 1 sentyabr 1939-cu ildə Polşanı işğal etdi. Sovet İttifaqı lideri İosif Stalin də 17 sentyabr tarixində Polşanın işğal edilməsi üçün əmr verdi. Bu hadisədən 1 gün sonra Xalxin Qolda Sovet-Yapon atəşkəsi qüvvəyə mindi. Polşanın bu iki dövlət tərəfindən işğal edilməsindən sonra əlavə Alman-Sovet Sərhəd razılaşması ilə yeni sərhədlər təsbit edildi. Qış müharibəsindən sonra 1940-cı ilin mart ayında Sovet İttifaqı Finlandiyanın Kareliya və Salla bölgələrinin bir hissəsini özünə ilhaq etdi. Bunun ardınca Estoniya, Latviya, Litva və Rumıniya (Bessarabiya, Şimali Bukovina və Hertza bölgəsi) da Sovet İttifaqı tərəfindən ilhaq edildi.
колорату́ра ла́йковый отстре́ливаться подка́тывание проторго́вывать расточе́ние скандиро́вка тью́бинг удуши́ть шелкогра́фия ассисте́нтский гори́лла гри́фельный мо́кро молоде́ть подъезжа́ть полоте́нечный скорня́жничество уклея́ Ока ecocatastrophe rabble-rouse бычок проделать радиотерапия